"CNN International" kanalı Şimali Amerika Hava Müdafiə Komandirliyinin "Colorado Springs" ərazisində yerləşən "Cheyenne" hərbi bazasında çəkiliş həyata keçirib.
Qaynarinfo xəbər verir ki, ABŞ və Kanadanın birlikdə çalışdığı komandirliyin rəhbəri Travis Morehen Şimali Koreya ilə münasibətlərin yumşalmasına baxmayaraq bu ölkənin nüvə fəaliyyətlərini diqqətlə nəzərdən keçirdiklərini bildirir. Hər gün Şimali Koreya ilə bağlı 3-4 kəşfiyyat məlumatı qəbul edilir və bu prosesdə saniyələr, dəqiqələr əhəmiyyətli hesab edilir.
Bu il yaradılmasının 60-cı ili tamam olan hərbi baza 700 metrlik qranit təbəqənin altında yerləşir. Nüvə hücumuna qarşı tikilən "Cheyenne" 23 tonluq partlayışa davamlı 2 qapıya sahibdir. Rəsmilər buranı dünyanın ən təhlükəsiz yeri adlandırırlar.
Gülşən
Şərhlər