Xəbər lenti

Dünyanın ən vahiməli yerləri: bura gedən geri qayıtmır (SİYAHI)
Dünya 15:18 30.07.2018

Dünyanın ən vahiməli yerləri: bura gedən geri qayıtmır (SİYAHI)

Ruhlar gəzir deyə heç kimi gedə bilmədiyi 15 lənətli yer - SİYAHI

Dünyanın hər yerində əfsanələşən, heç kimin gedə bilmədiyi, hətta dönüb baxmağa cəsarət etmədiyi yerlər var.

Qaynarinfo onlardan bir neçəsini sizlərə təqdim edir:

1. Şərqi Əyalət Həbsxanası (ABŞ, Filadelfiya ştatı)

1940-1970-ci illər arasında bu həbsxanada fərqli səbəblərdən 1200 məhkum ölüb. 1970-ci ildə ruhlar görünür deyə bağlanılan həbsxana "rahatlığa qovuşmayan ruhların vətəni" olaraq adlandırılır.


2. Poveqliya adası (İtaliya)

Ada 1800-cü illərdə vəba xəstəliyindən əziyyət çəkənlərə ev sahibliyi edib. Bu adadan vəba xəstələrini müalicə etmək üçün deyil, sürgün məqsədilə istifadə olunub. Buradakı ölümlərə dözə bilməyən həkimlərin bəzilərin özlərini adadakı qüllədən ataraq buranı lənətlədiyinə inanılır.


3. Hoiya meşəsi (Rumıniya, Napoka şəhəri)

"Pərilər meşəsi" deyə tanınan Joiya meşəsinə gedənlərin çoxu kimlərinsə onları izlədiyi hissinə qapılırlarmış. Bölgədə yaşayanların inandığı əfsanəyə görə isə həmin meşəyə gedən geri qayıtmır.


4. Stenli hoteli (ABŞ, Kolorado ştatı)

"The Shining" qorxu filminə mövzu olmuş bu hoteldə qalmaq istərdinizmi? Hotelin keçmiş sahibləri F.O. və Flora Stenlinin hələ də otaqlarda gəzdiyi və görüntülərinin kameralara düşdüyü iddia edilir.


5. Satanizm ayinləri ilə məşhur olan Bobby Mackey`s (ABŞ, Kentuki ştatı)

1850-ci illərdə qəssabxana kimi istifadə olunmuş bu binanın o illərdə həmçinin satanizm ayinlərinin gerçəkləşdirilməsi üçün də istifadə edildiyi qeyd olunur. Bu ayinlər zamanı heyvanlarla bərabər insanlar da qurban edilirmiş. Qəssabxananın zirzəmisində cəhənnəmə açılan bir qapının olduğuna da inanılır.
 

6. Loftus Hall (İrlandiya, Ueksford şəhəri)

Əvvəllər malikanə olan, sonradan isə hotelə çevrilən "Loftus Hall"u bölgədə yaşayanlar "Şeytanın yatdığı yer" adlandırır.
 

7. Preston qalası (ABŞ, Kaliforniya ştatı)

İlk baxışda qalmaq üçün çox gözəl bir yer təsiri bağışlayan bu bina 1890-cı illərdə azyaşlıların islah evi kimi istifadə olunub. Buranı ziyarət edənlər qapıların öz-özünə çırpıldığını və kimlərinsə onlara toxunduğunu iddia edirlər.


8. Villiska Axe cinayət evi (ABŞ, Ayova ştatı)

1962-ci ildə bu evdə 6 uşaq və 2 böyük adamın cəədi tapılıb. Bu cinayətləri kimi törətdiyi hələ də məlum deyil. Bölgədə yaşayanlar evdən bəzi vaxtlarda çığırtı və ağlayan uşaq səsləri eşitdiklərini deyirlər.
 

9. Dammaş xəstəxanası (ABŞ, Oreqon ştatı, Uilsonville şəhəri)

Ağlını itirmiş xəstələrin müalicə ediliyi bu yerdə xəstələr müalicəyə heç bir cavab vermədikləri təqdirdə yalnız buraxılırmışlar. Xəstəxana tamamilə boşaldıldıqdan sonra maraq üçün oraya girənlərin orada yeni ayaq izləri gördükləri, açar səsləri və diafonlardan gələn qəribə danışıqlar eşitdiklərinə dair əfsanələr var.
 

10. Edinburq şərab anbarları (Şotlandiya, Edinburq şəhəri)

Şərab anbarı 1700-cü illərdə işgəncə mərkəzi kimi istifadə olunub. Bundan başqa anbarın bəzi bölmələrində seriyalı qatillər üzərində sınaqlar həyata keçirilib. Buranı ziyarət edənlər bəzi danışıqlar eşitdiklərini və kimlərinsə qollarını sıxdığını hiss etdiklərini söyləyirlər.


11. Lemp Mansion (St. Luis)

1900-cü illərin əvvəllərində Lemp ailəsinin üzvləri biu evdə bi-birinin ardınca ölüb. İntihar, infarkt kimi müxtəlif səbəblərlə ard-arda baş vermiş ölümlərdən sonra yerli əhali evin lənətləndiyinə inanıblar.
 

12. Bachelors Grove qəbiristanlığı (ABŞ, İllinois ştatı, Bremen şəhəri)

Satanistlərin tez-tez ayinlər keçirərək məzarları yağmalaması səbbəbindən bu qəbristanlıqda ruhların gecələr növbə çəkdiyinə inanılır.
 

13. Banff Springs Hotel (Kanada, Alberta şəhəri)

1975-ci ildə "buranı lənətləyəcəm" dedikdən sonra ölən bir belboyun (çanta daşıyan) dediyini etdiyinə inanılır. Hoteldə qalan müştərilən otaqlarına geri qayıdanda çamadanlarının yerə düşdüyünü və əsas rəqs salonunda gecələr bir gəlinin rəqs etdiyini gördüklərini söyləyirlər.
 

14. Mayrtles ferması (ABŞ, Luiziana ştatı, St. Franssiville şəhərin)

Fermadakı ruhun kölə bir qıza aid olduğuna inanılır. Qəribəsi isə odur ki, həmin ruhu 1992-ci ildə "National Geographic"in üzvlərindən biri fotoaparatla çəkib.

"National Geographic"in çəkdiyi həmin foto:


15. Gedənlərin geri dönmədiyi mağara (Türkiyə, Balıkesir, Havran)

Mağaranın ətrafında və içərisində insan sümükləri olduğu iddia edilir. Bundan başqa mağaraya girən qoyun və onun arxasınca gedən çobanların da geri dönmədiyi deyilir. Bəziləri mağarada "canavar" deyə adlandırdıqları qəribə bir canlı olduğuna inanır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->