Xəbər lenti

Dünyanın ən yaşlı miqrantı deportasiya edilə bilər
Dünya 22:46 13.10.2018

Dünyanın ən yaşlı miqrantı deportasiya edilə bilər

İsveçdə məskunlaşan dünyanın ən yaşlı miqrantı Bibixal Uzbek deportasiya edilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə İsveç dövlət radiosu SR məlumat yayıb. Məlumatda qeyd olunur ki, Qotland şəhərində nəvələri ilə birgə yaşayan əfqan əsilli 107 yaşlı Bibixal Uzbekə verilən müvəqqəti yaşayış icazəsinin müddəti 3 həftə sonra bitir.
 
Bu səbəbdən Miqrasiya İdarəsi demensiya xəstəliyindən əziyyət çəkən və görmə məhdudiyyətli qadına deportasiya ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
 
107 yaşlı qadının nəvəsi Məhəmməd Özbək Miqrasiya İdarəsinin bu xəbərdarlığını pisləyərək, xəstə qadının deportasiya edilməsini doğru addım hesab etmədiyini bildirib: "Danışılanların çoxunu anlamır, gözləri görmür, qulaqları eşitmir. Ən azından üvəqqəti yaşayış icazəsinin müddətini 2 illiyinə uzatmalıdırlar".
 
Ölkəsindəki münaqişələr səbəbindən 2 il öncə qaçmaq məcburiyyətində qalan Məhəmməd Özbək ailəsi ilə qaçaq yollarla öncə Xarvatiyaya, oradan da İsveçə keçib.

Qeyd edək ki, ötən il də qadının deportasiya edilməsi ilə bağlı qərar çıxarılmışdı. Lakin ictimaiyyətin etirazından sonra Höteborq Miqrasiya İdarə Məhkəməsinin deportasiya qərarı müvəqqəti olaraq dayandırılmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->