Xəbər lenti

Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlandı
Dünya 11:01 15.08.2018

Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlandı

2018-ci il üçün dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, ""Academic Ranking of World Universities 2018" siyahısına liderliyi ABŞ-ın Harvard Universiteti edir. 2-ci yerdə Stenford, 3-cü yerdə isə Böyük Britaniyanın Kembric Universiteti qərarlaşıb.
 
İlk "beşliy"i ABŞ-ın Massaçusets Texnologiya İnstitutu və Kaliforniya Universiteti tamamlayır. Reytinqdə Rusiyanın 4, İranın 2, Türkiyənin isə 1 ali təhsil müəssisə yer alıb. 

Qeyd edək ki, reytinq siyahısı təhsil keyfiyyəti, professor və müəllimlərin elmi fəaliyyəti, universitetlərin qazandığı mükafatlar nəzərə alınaraq müəyyənləşdirilib.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->