Dünyanın ən yeni ölkəsi qurulur: etirazlar, öldürülən 15 min insan və nəhayət referendum...

Dünyanın ən yeni ölkəsi qurulur: etirazlar, öldürülən 15 min insan və nəhayət referendum...

Cənubi Sakit okeanda yerləşən Buqenvil adası referendumla 98 faiz səslə Papua Yeni Qvineyadan ayrılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Buqenvil Referendum Komissiyasının sədri Berti Ahern açıqlama verib. O, Buqenvilin dünyanın ən yeni ölkəsi olma yolunda irəlilədiyini və müstəqilliklə bağlı Qvineya liderləri ilə müzakirələr aparıldığını bildirib. Suverenliklə bağlı son sözü Papua Yeni Qvineyanın millət vəkilləri söyləyəcək. Proses uzun illər davam edə bilər. Yeni Qvineyanın baş naziri Ceyms Marape isə referendumla bağlı hələlik açıqlama verməyib.

Bildirilir ki, referendumda 181 mindən çox seçici iştirak edib. Bu, Qvineyanın şərqindəki bir qrup adada başlayan və 15 min insanın ölümünə səbəb olan vətəndaş müharibəsinin başa çatdırılması ilə bağlı 2001-ci il sazişinin önəmli maddələrindən biri idi.

Qeyd edək ki, 1980-ci ildə yaşanan etirazlar Panqunada böyük mis mədəninin qurulması səbəbindən başlamışdı. Bir çox insan Papua Yeni Qvineyaya ixrac edilən məhsullardan qazanc götürmədiklərini, mədənin ətraf mühiti çirkləndirdiyini və ənənəvi həyat tərzinə mənfi təsir göstərdiyini bildirirdilər. Mədən qarşıdurmalardan bəri fəaliyyətini dayandırıb. Bəziləri sözügedən mis mədəninin Buqinvilin müstəqillik qazanmasından sonra ən böyük gəlir mənbəyi olacağını düşünürlər.

Camal
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR