Dünyanın pozitiv, neqativ və rahat həyat şəraiti olan ölkələrinin adları açqlandı (SİYAHI)

Dünyanın pozitiv, neqativ və rahat həyat şəraiti olan ölkələrinin adları açqlandı (SİYAHI)

Dünyanın pozitiv, neqativ və xoşbəxt ölkələri məlum olub. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, pozitiv ölkələrin sıralamasında dəyişiklik olmasa da, pandemiya səbəbi ilə neqativ ölkələrin sıralamasında bu il dəyişiklik olub. 

Hər il "Gallup Emosiyalar” araşdırma mərkəzinin həyata keçirdiyi təhlil nəticəsində Şimali Avropa və Cənubi Amerikadakı ölkələrin əksəriyyəti sorğuda ən səssiz ölkələr arasında olub. Orta Şərq ölkələrində isə mənfi hislər üstünlük təşkil edib.  

Araşdırma nəticəsində dünyanın ən pozitiv ölkələri sırasında birinci yerdə 82 xalla  El Salvador,  pozitiv duyğular az olan ölkələrdən  İran, Tunis, Banqladeş, Pakistan, Nepal, Liviya. Türkiyə yer alıb. 

Neqativ hisslərin ən az olduğu ölkə Tayvan, ən çox olduğu ölkə isə İraqdır. Növbəti neqativ ölkələr sırasında Yaponiya, İsrail, Qırğızıstan, Latviya, Rusiya, Estoniya, Qazaxıstan yer tutur. 

Rahat həyat şəraiti olan ölkələr sırasında ilk yerləri Fillandiya, İslandiya, Uruqvay və Portuqaliya tutur.


 
XƏBƏRLƏR
BLOGLAR
X