Xəbər lenti

Dünyaya səs salan
Video 17:40 09.02.2019

Dünyaya səs salan "Ayrılıq" mahnısının müəllifi vəfat etdi (VİDEO)

"Dünyaya səpələnmiş azərbaycanlıların Vətən həsrətini, bölünmüş millətimizin milli birlik arzusunu yüksək sənət dili ilə ifadə edən məşhur "Ayrılıq" mahnısının mətninin müəllifi, əslən Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi dünən Tehranda vəfat edib".

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rütəmxanlı feysbukda yazıb.

O bildirib ki, "Ayrılıq" şerinə musiqini Güney Azərbaycanın məşhur tarzəni və bəstəkarı Əli Səlimi yazıb:

"Mahnını ən gözəl ifa edən və dünyaya yayan Yaqub Zurufçudur. "Ayrılıq" milyonlarla soydaşımızı birləşdirən bir könül körpüsüdür və öz müəlliflərini həmişə diri saxlayacaq. Dünya Azərbycanlıları Konqresi adından Fərhad İbrahimin yaxınlarına baş saglığı verir, ona Allahdan rəhmət diləyirəm".
 
Qeyd edək ki, Fərhad (Rəcəb) İbrahimi "Ayrılıq”, "Açıl Səhər” və "Ağlama” kimi mahnıların sözlərinin müəlifidir. Fərhad İbrahimi, Fatma Qənnadi və Əli Səlimi Azərbaycanlı musiqiçi mərhum Əli Səliminin Fərhad İbrahiminin sözlərinə bəstələdiyi Ayrılıq mahnısını bəstəkarın həyat yoldaşı Fatma Qənnadi ilk dəfə 1958-ci ildə Tehran Radiosunda səsləndirib.

Mahnı 1963-cü ildə Tehrana səfər edən Rəşid Behbudov tərəfindən ifa edildikdən sonra "Ayrılıq”-ın şöhrəti İran və İran Azərbaycanı sərhədlərini aşmağa başlayıb, sadəcə Azərbaycann deyil Türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınır.

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Tehran radiosunda yayımlandan öncə mahnı fərqli sözlərlərlə məşq edilib:
...
İllərdir uzağam arxam elimdən
Bülbüləm düşmüşəm ayrı gülümdən
Zor ilə ayırıb şirin dilimdən
Ayrılıq ayrılıq yaman ayrılıq
Hər bir dərddən olur yaman ayrılıq...

Ancaq mahnının sözləri siyasi dəyərləndirildiyi üçün senzuraya məruz qalıb və şair İbrahimi mahnının sözlərini dəyişdirərək, onu bu gün hər yerdə oxunduğu kimi bir sevgi şeiri şəklinə salıb.

Mahnının digər məşhur ifaçısı isə Ququş olub.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->