Xəbər lenti

Duz qasırğası Azərbaycana da problem yaradacaq (VİDEO)
Video 22:03 18.04.2018

Duz qasırğası Azərbaycana da problem yaradacaq (VİDEO)

İranda Urmiya gölündə yaranacaq duz qasırğası Azərbaycanın bəzi bölgələrində də hiss edilə bilər. Coğrafiya insitutunun direktor müavini Məhərrəm Həsənov "Xəzər Xəbər"ə bildirib ki, bu qasırğa insanların səhhətinə də mənfi təsir göstərəcək.

Azərbaycan ''Duz qasırğası"nın təsirinə məruz qala bilər.

Belə bir iddia ilə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov çıxış edib. Onun sözlərinə görə, İranda güclü mövsümi küləklərin Urmiya gölünün səthində yarada biləcəyi duz qasırğası təhlükəsi yalnız bu ölkəyə deyil, Azərbaycanın bir çox ərazilərinə də təsir edə bilər.

Məhərrəm Həsənov duz qasırğalarının həm ekoloji mühitə, həm də insan səhhətinə mənfi təsir göstərdiyini bildirib.

Duz qasırğasının külək vasitəsilə İrandan Azərbaycana qərb istiqamətindən gələcəyi proqnozlaşdırıldığı üçün cənub bölgəsində bu hadisənin yaşanacağı gözlənilmir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->