"Şərq-Qərb dəmir yolu dəhlizinin yenidən qurulması üçün "Azərbaycan Dəmir Yolları" QSC-yə 100 milyon manat ayrılması nəzərdə tutulur.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Xatırladaq ki, bu gün komitədə "2018-ci il dövlət büdcəsi haqqında qanun"a dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunur.
Bundan başqa, nazirin sözlərinə görə, kənd təsərrüfatına dövlət qayğısının artırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə 98 milyon manat, təbii fəlakətlərin nəticələrinin daha çevik aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinə 20 milyon manat, turizmin inkişafı üçün Dövlət Turizm Agentliyinə 20 milyon manat, Bakı şəhərinin arxitekturası ilə bağlı yeni layihələrin icrasına üçün isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 9 milyon manat ayrılması nəzərdə tutulur.
Bundan başqa, "Ümid", "Babək", "Qarabağ" yataqlarının işlənməsinə 663 milyon manat ayrılması planlaşdırılır.
Şərhlər