Xəbər lenti

Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi (FƏRMAN)
Ölkə 18:47 19.07.2019

Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi (FƏRMAN)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanına dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanla "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.13-cü, 8.14-cü, 8.14-1-ci və 9.8-ci bəndləri ləğv edilib:

Dəyişikliklə, aşağıdakılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vəzifələri sırasından çıxarılıb:

8.13. Valideyn himayəsindən məhrum olan uşaqların, övladlığa götürülən uşaqların ümumi uçotunu, habelə Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparmaq;

8.14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq vermək, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri həyata keçirmək

8.14-1. Ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar barədə, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etmək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->