Xəbər lenti

Siyasət 10:40 29.11.2013

Əbülfəz Elçibəylə Ərdoğan bir yerdə - TARİXİ FOTO

Qaynar.info portalı Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəylə Türkiyənin hazırkı baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə fotosunu əldə edib.

İndiyədək yayımlanmayan bu fotonu Qaynar.info saytına Türkiyədə yaşayan azərbaycanlı gənc göndərib.

Bu nadir fotonun çəkildiyi dəqiq tarixi məlum deyil. Amma bu fotonun Əbülfəz Elçibəyin Türkiyədə qatıldığı toy məclisində çəkildiyi məlumdur. Fotoda soldan 1-ci o vaxt siyasətdə o qədər də tanınmayan Rəcəb Tayyib Ərdoğan, daha sonra kinoaktyor Kadır İnanır, müğənni Orhan Gencebay və Xanım Xəlilova yer alıb.

Elkin Xəlilov

Qaynar.info


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?