Ədliyyə Nazirliyi robotların fəaliyyətini qanuniləşdirdi

Ədliyyə Nazirliyi robotların fəaliyyətini qanuniləşdirdi

Rusiya Ədliyyə Nazirliyi vətəndaşlardan borc toplamaq üçün kollektor robotlarının istifadəsini qanuniləşdirməyi təklif edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə normativ hüquqi aktlar saytında dərc olunan qanun layihəsində deyilir.

Sənəddə bir sıra məhdudiyyətlər də mövcuddur. Robot gündə bir dəfədən çox, təqvim həftəsində iki dəfədən çox, təqvim ayı ərzində səkkiz dəfədən çox olmayaraq istifadə edilə bilər.

Dekabrın 5-də Dövlət Duması qeyri-qanuni kollektorluq fəaliyyətlərinin kriminallaşdırılmasını təklif edib. Aşağı palatanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin müavini Aleksandr Xinşteyn bu qərara parlamentin əvvəllər qəbul etdiyi məhdudlaşdırıcı tədbirlərə məhəl qoymayan kollektorlara qarşı vətəndaşların kütləvi şikayətlərinin səbəb olduğunu bildirib.

Qeyd edək ki, robot kollektoru nitq yaratma sistemindən istifadə edərək səsli mesajların göndərilməsi üçün bir xidmətdir, eyni zamanda borclularla danışıqların müxtəlif ssenarilərini dəstəkləyə biləcək və bu da onlarla qarşılıqlı əlaqə hesab ediləcəkdir. Sistemin borclular ilə ünsiyyət üsullarından biri ola biləcəyi deyilir.
XƏBƏRLƏR
BLOGLAR