Sənət 13:32 25.02.2021

Edvard Munkun "Haray” rəsmi üzərində müəmmalı qeyd... (FOTO)

Norveçli rəssam Edvard Munkun "Haray" əsəri öz-özlüyündə tamaşaçılar arasında mifik dəhşət doğurur və bu səbəbdən də bir çox əfsanə ilə əhatə olunub. Bu rəsmin qisas ala biləcəyinə inanılır və sənət qalereyasına gələnlərdən kiminsə ona toxunduğunu sevmir. 

Qaynarinfo xəbər verir ki, bu sözlər esoreiter.ru saytında yer alan bir məqalədə yer alır.

Ancaq şəkildə qəribə bir yazı da var ki, belə bir bədii əsər yalnız bir dəli tərəfindən yarana bilər. Yazı çox kiçikdir və buna görə mütəxəssislər də dərhal onun fərqinə varmayıblar. Buradaca tədqiqatçıların fikri dərhal haçalanıb. Bəziləri bunun sənətkarın öz əl işi olduğuna inansa da, bəziləri belə bir vandalizmin Norveçdə bu sənət qalereyasına təsadüfən gələn bir qonağın işi olduğunu iddia edib.

Və bu mübahisələr illərlə - ta ki bu yaxınlarda elm adamları infraqırmızı taramanın köməyi ilə sirli qeydin əlyazmasının Edvard Munkun özünə aid olduğunu (gündəlikləri və məktubları ilə müqayisədə) müəyyən edə bildiyi vaxta qədər davam edib.

Və dərhal da sənətçinin bu qeydi nə vaxt və nə üçün etməsi ilə bağlı nəzəriyyə doğulub. O nəzəriyyəyə görə, qeyd tibb tələbələri qarşısında "Haray"ın nümayişindən sonra ortaya çıxıb. Onlardan biri şəklin yalnız bir dəli tərəfindən çəkilə biləcəyini qeyd edib edib. Bunu eşidən sənətkar, sözün əsl mənasında tələbənin ifadəsini bir qələmlə rəsmə əlavə edib.

Onun niyə belə etdiyini isə heç kim bilmir. Munkun yaradıcılığını tədqiq edənlər ailəsində belə hallar olduğu üçün əslində onun dəli olmaqdan çox qorxduğuna inanırlar. Yəqin ki, onu dəlilik əleyhinə bir talisman kimi o dəhşətli sözü kətan üzərində yazmağa sövq edən də budur. Bu vəziyyətdə həmin qeyd yalnız son "nöqtə" ola bilər ki, mənası da yalnız Munkun özü - ekspressionist sənətkar və eyni zamanda mistik üçün aydın olub. Bu, sənətkarın əsərinin tədqiqatçısı May Britt Gülenqin fikridir.

Alpər