Efiopiyada etnik qruplar arasında qarşıdurma yaşanıb.
Qaynarinfo xəbər verir ki, Keniya ilə sərhəddə yerləşən Moyale qəsəbəsində Oromo və Somali etnik qrupları arasındakı qarşıdurma 21 nəfərin ölümü, 61 nəfərin yaralanmasına səbəb olub. Çox sayda ailə xilas olmaq üçün Keniyaya qaçıb.
Qeyd edək ki, ölkədə etnik konfliktlər 2018-ci ildə 1 milyondan çox insanın evini tərk etməsinə səbəb olub.
Gülşən
Şərhlər