Əfqanıstanın daxili işlər naziri general Qulam Müjtəba Patanqın (Ghulam Mujtaba Patang) başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Bu barədə Azərbaycanın Pakistanda və Əfqanıstanda akkreditə olunmuş səfiri Daşqın Şikarov məlumat verib.
Əfqanıstan nümayəndə heyəti iyulun 6-da Bakıya gələcək. Beş gün davam edəcək səfərdə iki ölkə arasında iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qaynar.info
Şərhlər