Əfqanıstanın Mülki Aviasiya Departamentinin direktoru Maulavi Abdul Hadi Hamdar tezliklə Kabil hava limanında Rusiya və Türkiyədən təyyarələrin qəbul ediləcəyini bəyan edib.
Qaynarinfo xəbər verir ki, Hamdar bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı işlərə başlanılıb: "Son bir neçə gündə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Qətər və Pakistandan uçuşlarımız olub, tezliklə Rusiya və Türkiyəyə reyslərə başlayacağıq".
Xəyal
Şərhlər