Əfqanıstanın şimalında yerləşən Samanqan vilayətində Kəşfiyyat İdarəsinin binasına bombalı hücum olub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumatlara görə hadisə nəticəsində 43 nəfər yaralanıb.
Hücumun məlusiyyətini üzərinə götürən olmayıb.
Ölkənin Kunduz vilayətində isə Taliban üzvləri hərbi hissələrə və polis idarələrinə hücum ediblər. İnsident nəticəsində 14 mühafizəçi həyatını itirib, 2 mühafizəçi isə yaralanıb. Həmçinin 3 taliban üzvü ölüb, onlardan 4-ü də yaralanıb.
Taliban isə 19 mühafizəçinin öldürüldüyünü açıqlayıb.
Camal
Şərhlər