Əfqanıstanın cənubunda terror aktı törədilib.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, Helmand əyalətində "Lashkar Gah" futbol stadionunun kənarında baş verən hadisə zamanı bomba yüklü maşın partladılıb. Nəticədə 13 nəfər ölüb, 35 nəfər yaralanıb.
Helmand əyalətinin sözçüsü Ömər Zvak bütün qurbanların mülki vətəndaşlar olduğunu bildirib.
Gülşən
Şərhlər