Əfqanıstanda silahlılar hakim qadınları güllələdi

Əfqanıstanda silahlılar hakim qadınları güllələdi

Əfqanıstanın paytaxtı Kabildə iki hakim qadın öldürülüb.

Qaynarinfo "1TV News”a istinadən xəbər verir ki, hadisə Taymani ərazisində olub. Motosikldə olan silahlılar qadın hakimləri güllələyiblər.

Qeyd edilir ki, silahlılar hakimlərin olduğu avtomobilə atəş açıblar. Hadisə nəticəsində daha iki nəfər yaralanıb.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR