Azərbaycanlı futbolçu Əfran İsmayılov "Sumqayıt” klubundan ayrılıb.
Qaynarinfo-nun xəbərinə görə, ölkə kubokunun finalında "Qəbələ”yə 0:1 hesabı ilə uduzmaqla Avropa Liqasında iştirak etməyəcəyi dəqiqləşmiş Sumqayıt klubu Vurğun Hüseynov, Şəhriyar Əliyev, Mehdi Cənnətov, Süleyman Əhmədov, Ehtiram Şahverdiyev və Xəyal Nəcəfovla yeni bir illik müqavilə bağlayıb.
Lakin bunların arasında Əfran İsmayılov və Rail Məlikov olmayıb. Hər iki futbolçuya klubda büdcənin azaldıldığı bildirilib.
Onu da bildirək ki, Rail Məlikovun məsələsi dəqiq deyil. Onun karyerasını bitirib bu klubda məşqçi kimi işə başlayacağı gözlənilir. (0xu.az)
Şərhlər