İdman 13:25 13.08.2019

Əfran İsmayılovun yeni klubu rəsmən açıqlandı

"Keşlə" növbəti transferini həyata keçirib.

Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Əfran İsmayılovu heyətinə qatıb. 30 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Əfran İsmayılovun son klubu  "Sumqayıt" olub. O, əvvəllər "Qarabağ", "Turan Tovuz", "Bakı", "Xəzər Lənkəran" və "İnter" (indiki "Keşlə") klublarında çıxış edib, 38 oyun keçirdiyi Azərbaycan millisində 5 qol vurub.