Xəbər lenti

Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Ölkə 11:10 24.03.2018

Əfv Komissiyasının növbəti iclası keçiriləcək

Bayramdan sonra Əfv Məsələləri Komissiyasının növbəti iclasları keçiriləcək.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Modern.az-a Komissiya üzvü Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, may ayında prezident tərəfindən növbəti əfv sərəncamının imzalanacağı gözlənilir:

"Bildiyiniz kimi bu, ölkə başçısının səalhiyyətində olan məsələdir. Bu məsələlərdən irəli gələn işlərin icrası isə Əfv Məsələləri Komissiyasının öhdəliyindədir. Biz də böyük ümidlə gözləyirik”.

Qeyd edək ki, növbəti əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanacağı gözlənilirdi. Komissiyadan verilən məlumata görə, müraciətlər həddindən çox olduğundan, onların hamısına baxılaraq rəy hazırlanması qısa zamanda mümkün olmayıb.

Xatırladaq ki, respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, işi yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->