İran prezidenti Mahmud Əhmədinejadın İran İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat rəhbəri Hüseyn Tayib tərəfindən 7 saatlıq həbs olunduğu iddia edilib.
Qaynar.info-nun məlumatına görə, "Rza Xəlili" kod adlı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Əhmədinejadın bazar günü kortejinin qarşısını kəsən İnqilab Keşikçiləri tərəfindən Tayibin yayına aparıldığını bildirib.
Xəlili Əhmədinejadın səlahiyyətini sağ əli olan İsfəndiyar Rasim Meşayiyə vermək istədiyini, bunun üçün də Meşayinin namizədliyinə qarşı çıxan ali dini lider Xamneyiyə şantaj etdiyini irəli sürüb. Əhmədinejadın Meşayinin namizəd olmasına maneə törədiləcəyi təqdirdə 2009-cu ildəki seçkilərdə edilmiş saxtakarlıqla bağlı rəsmi faktları ortaya çıxaracağına söz verdiyi də bildirilib. Sənədlərin Əhmədinejadın əslində 6 milyon səs yığıdığı, ancaq saxtakarlıqla 24 milyona çıxarıldığı söylənilir.
Xəlili Tayibin 7 saat davam edən istintaqı ərzində Əhmədinejadı bu sənədləri ortaya çıxarmaması üçün təhdid etdiyini deyib. İstintaqda Tayiblə bərabər Xamneyinin kəşfiyyat rəhbəri Aşqar Hicazi ilə oğlu Müctəba Xamneyi və baş prokuror Qulam Hüseyn Muhsininin də iştirak etdiyi bildirilir.
Qaynar.info
Şərhlər