Ölkə 15:37 21.10.2019

Əkinçinin suyunu kəsən iri məmurlardan xilas olmağın bir yolu var... (Ekspert rəyi)

"Azərbaycanda 78 km suvarma kanalları mövcuddur. Bu kanalların 80% i torpaq konstruksiyasıdır. Beton kanalların çoxaldılmasına böyük ehtiyac vardır". 

Bu sözləri Qaynarinfo-ya iqtisadçı ekspert İlham Əzizov rayonlarda suvarma işinin vəziyyətini şərh edərkən bildirib. 

Ekspert 100 hektarlarla sahədə özləri üçün əkin əkən iri məmurların suvarma dövrlərində öz səlahiyyətlərindən istifadə edərək suyu öz sahəsinə yönəltməsinin rayonlarda suvarma işində problemi daha da dərinləşdirməsini də nəzərə alanda bu vəziyyətdən çıxış yolunu yeni dövlət proqramının qəbul edilməsində görür:

"Rayonlarda müxtəlif ranqlı məmur və iş adamlarının böyük əkin və örüş sahələri mövcuddur və su ilk növbədə həmin yerlərə verilir. Burada növbəlilik sistemi pozulur. İstifadə olunan suyun haqqının ödənilməsində də problem var. Həm də istər məmurun olsun, istərsə də sadə vətəndaşın, kimliyindən asılı olmayaraq, əkin sahələri suvarılmalıdır. Çünki həmin sahələrdə kənd təsərrüfatı məhsulları istesal edilir. Odur ki, suvarma sistemlərinin yenidən qurulması vacibdir. Bu işin maliyyələşdirilməsi beynəlxalq təşkilatlar vasitəsilə, kredit formasında da ola bilər. Bölgələrdə su itkisi də ciddi məsələdir. Bunun üçün rayonlarda Su İstehsalat Birlikləri yaradılıb. Lakin onların da işi yenidən qurulmalıdır. Torpaqların suvarılmasını güzəştli və ədalətli şəkildə aparmaq üçün dövlət yeni proqram qəbul etməlidir".

Röya Kərimli
Qaynarinfo