Ekologiya postunda sürücülərin qanunsuz saxlanılması davam edirmi? (VİDEO)
Bir neçə gün öncə saytımızda DYP Ekologiya postunda sürücülərin qanuna-zidd olaraq saxlanıldıqları, onlara protokollar yazıldıqları, daha sonra bu protokollara şikayət əsasında xitam verilməsi ilə bağlı videosübutlarla birlikdə məqalə dərc etmişdik.
Qaynarinfo-nun məsələni ictimailəşdirməsindən sonra fikirləşirdik ki, yəqin ki, artıq həmin hal aradan qalxar, DYP əməkdaşları bundan bir ibrət götürər. Amma bu gün 19 mart tarixində daha bir sürücü sosial şəbəkələrdə videogörüntü paylaşıb. Belə ki, 09:22 radələrində sürücü yenə sağ zolaqla hərəkət edir, daha sonra isə sol zolağa doğru yerdəyişmə edir. Bunu görən əməkdaş isə təhlükəsizlik adasından yolun hərəkət zolağına doğru hərəkət edir. Sürücü də avtomobili saxlayır. Əməkdaş 1 dəqiq 15 saniyə gözlədikdən sonra sürücüyə yaxınlaşır və ona "saxlama" əmri vermədiyini, "hərəkəti sürətləndirmək" əmri verdiyini bildirir. Bu videoya sosial şəbəkələrdə rəy yazan əksər şəxslər isə sürücünün avtomobili saxlayana yaxın əməkdaşın avtomobildə videoregistrator olduğunu gördüyünü, ona görə belə dediyi fikrində olduğunu bildiriblər.
Videogörüntünü siz oxuculara təqdim edirik. Özünüz baxın, rəy bildirin.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər