Dünya 12:20 04.05.2021

Eks-prezident: “Bir il əvvəl heç vaxt Putinlə görüşməyə razı olmazdım...”

Üçtərəfli Təmas Qrupunda Ukrayna nümayəndə heyətinin sədri, Ukraynanın ilk prezidenti Leonid Kravçuk Donbasda vəziyyətin tənzimlənməsi ilə bağlı ultimatum verib.

Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, o, yenidən canlandırıla bilməyəcəyi təqdirdə, Minsk formatında danışıqlardan imtina edilməsinə çalışacaq. Bunun üçün Kravçuk yığılmış problemləri qruplara bölüb ardıcıl həll etməyi təklif edir.

"Bir il əvvəl heç vaxt Putinlə görüşməyə razı olmazdım, amma indi şəxsən Putinin tək bir - Normand formatında razılaşmaların həyata keçirilməsi barədə məsələ qaldırıldıqda nə söyləyəcəyini eşitmək və görmək istərdim... Putinin ağrıyan yeri sırf bu məqamdadı", - Kravçuk deyib.

Ukraynanın keçmiş prezidenti hesab edir ki, atəşkəs rejiminin pozulmasına reaksiya mexanizmini təkmilləşdirmək lazımdır.
 
Alpər