Eks-prezident: “Rusiyayla sərhəddə divar hörün, bu sizə lazım olacaq...”

Eks-prezident: “Rusiyayla sərhəddə divar hörün, bu sizə lazım olacaq...”

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ölkənin hazırkı hakimiyyətinə dövlət başçısı Vladimir Zelenskinin istədiyi kimi, Donbasla deyil, Rusiya ilə sərhədlərə divar hörülməsini tövsiyə edib.

Qaynarinfo xəbər verir ki, buna qədər bu cür "B planı” haqda Ukrayna liderinin köməkçisi Andrey Yermak təkilf irəli sürüb. Onun sözlərinə görə, "Normand sammiti" silahlı münaqişənin həllində heç bir irəliləyişə səbbə olmasa, Kiyevin nəzarətindən kənar əraziləri təcrid etmək daha yaxşı olardı.

Poroşenko hesab edir ki, Donbasla sərhəddə divarın hörülməsi anti-Rusiya sanksiyalarının qaldırılmasına kömək edə bilər, buna görə də bir az fərqli hərəkət etmək lazımdır.

"Divarları Rusiya Federasiyası ilə sərhəddə hörün, buna ehtiyacınız olacaq", - deyə eks-prezident "Pryamoy” kanalının efirində bildirib.

O əlavə edib ki, Parisdə mümkün danışıqların uğursuzluqla başa çata biləcəyindən "narahatlıq üçün heç bir əsas yoxdur", sadəcə, Ukraynaya qayıtmaq, milləti yenidən birləşdirmək, ordu və dövlət quruculuğuna davam etmək lazımdır.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR