Ölkə 19:45 25.09.2021

Ekspert ixtisas seçimində edilən yanlışların səbəblərini izah edir

"Çox təəssüflər olsun ki, ali təhsilini başa vuran şəxslərin 42 faizi ixtisası üzrə işləyir”. 

Bunu Sputnik Azərbaycan-a abituriyentlərin ixtisas seçimi ilə bağlı danışarkən təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert sözlərinə görə, bu o deməkdir ki, bizim mütəxəssislərimizin keyfiyyəti 50 faizin altındadır: "Ali təhsil müəssisələrini bitirən şəxslər öz sahələri üzrə çalışmırlar. Bunun əsas səbəbi həmin şəxslərin ixtisaslarını doğru seçməməsidir. Belə şəxslər ali təhsil müəssisəsinə qəbul olunmaq üçün tələb olunan keçid balını toplayırlar və nə olursa-olsun təhsil almaq üçün ixtisas seçimi edirlər. Bunun qarşısını almaq üçün mütəxəssislərə ehtiyac var. Orta məkətblərin 9-11-ci siniflərində təhsil alan şagirdlərə öz sahəsində uğur qazanmış şəxslərin görüşləri təşkil edilməlidir. Valideynlər düşünür ki, övladlarının gələcək uğuru yalnız ali təhsildən asılıdır”.