Dünya 16:43 11.04.2019

Ekvador prezidenti Assancın həbsindən danışdı

Ekvador prezidenti Lenin Moreno "WikiLeaks"in qurucusu Culian Assancın həbsi ilə barədə danışıb.

Qaynarinfo xəbər verir ki, Moreno Assancın ölüm hökmü ilə üzləşməyəcəyi dövlətə təhvil veriləcəyi barədə Böyük Britaniyadan təminat alındığını vurğulayıb. 

Qeyd edək ki, Culian Assanc bu gün Ekvadorun London səfirliyindən çıxarılıb və dərhal Britaniya polisi tərəfindən həbs edilib. O, 7 il idi səfirlikdə yaşayırdı. Ekvador hökuməti Assanc əldə edilən razılaşmaları dəfələrlə pozduğu üçün sığınacaq verməkdən imtina edib. 

Gülşən