Mütəmadi olaraq, sosial şəbəkələrdə bir çox tanınmış adamların adından saxta profillərin açıldığının şahidi oluruq. Bəzi hallarda isə başqasının adından açılan profillər düzgün fəaliyyət mexanizmi müəyyənləşdirmir.
Bu günlərdə mərhum eks-prezident Əbülfəz Elçibəyin adından fəaliyyət göstərən profil ortaya çıxıb. Profillə tanış olanların sözlərinə görə, kimdirsə, yaratdığı profili mərhum prezidentin adından yanlış idarə edir.
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevlə əlaqə saxlayıb. O, açıqlamasında bunları deyib:
"Atamın adına sosial şəbəkələrdə çoxlu səhifələr yaradılıb. Amma dediyiniz profildən xəbərim yoxdur. Təbii, övladı olaraq bu cür saxta və yanlış idarə edilmənin əleyhinəyəm. Çox xahiş edirəm, atamın adından profil açıb yanlış işlər görməsinlər. Bir övlad olaraq bu cür hallar cavabsız qalmayacaq. Ona görə də tanınmış adamların adından istər səhifə, istərsə də profil yaradarkən diqqətli olsunlar. Onların adından öz maraqları naminə nələrəsə yol verməsinlər”.
Şərhlər