Xəbər lenti

Siyasət 12:15 25.07.2013

Eldar Həsənov ölkəyə buraxılmamasından danışdı

“Kimlərinsə barəmdə yazdıqları böhtan, uydurma informasiyalara münasibət bildirməyi məqbul hesab etmirəm. Reallıqdan uzaq söhbətlərə zaman ayırmaq istəmirəm. O məsələyə münasibət bildirmək olar ki, ən azı həqiqətə yaxın olsun”.

Bu sözləri “Bizim Yol”a açıqlamasında Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı səfiri Eldar Həsənov söyləyib.

Qeyd edək ki, bəzi media orqanlarında Eldar Həsənov barəsində müxtəlif səpkili informasiyalar yayılır. İddiaların birində qeyd olunur ki, Eldar Həsənov hətta Azərbaycana belə buraxılmır.

Səfir isə qəzetimizin bununla bağlı sorğusunu gülüşlə qarşıladığını deyib: “İldə bir dəfə barəmdə qeyri-ciddi informasiyalar yazırlar. Bu da onlardan növbətisidir”.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?