Əleydarlarlarından Paşinyana replika:

Əleydarlarlarından Paşinyana replika: "Sən xiyarın tarixini bilirsən, Nikol?"

Ermənistanın Baş naziri Nikol Paşinyanın müharibəsonrası mövqeyi onun əleyhdarlarını, xüsusi ilə Köçəryan və Sarkisyan tərəfdarlarını qıcıqlandırmağa davam edir.

Qaynarinfo-nun verdiyi xəbərə görə, Köçəryanın keçmiş silahdaşlarından bir neçəsinin həbsi də proseslərə təkan verib. 

"Mən bu satqın hakimiyyətlə razıyam ki, təkcə əfsanəvi komandir Aşot Minasyan yox, biz hamımız cinayətkarıq”. Bu söləri keçmiş deputat və döyüşçü Araqats Axoyan Minasyanın həbsinə toxunaraq deyib. 

O qeyd edib ki, Paşinyanın fikrincə "Aşot Minasyan sağ qalan cinayətkardır və bizdə hamımız sağ qalan cinayətkarlarıq”.

A.Axoyan qeyd edib ki, Qarabağ müharibəsinin "əfsanəvi" komandirlərindən bir Aşot Minasyan qalıb, qalanları ya lənətlənib, ya da qurban verilib.

O, Rüstəm Qasparyanın ölümünü xatırladaraq deyib:

"Axı hakimiyyət müharibədən əvvəl elan etdi ki, artıq döyüş meydanında qəhrəmanlara ehtiyac yoxdur, bu, onların "Atatürkçü” partiyasının absurd bəyanatlarından biridir”.

Keçmiş deputat Aşot Minasyan kimiləri həbs edən prokurorları siyasi sifarişlər yerinə yetirməkdə ittiham edib və onların tarixdə satqın kimin qalacaqlarını vurğulayıb.

"Nə baş verir, Nikol? Stalin oldun, Nikol? Sən kimsən, Nikol? Aşot kimiləri həbs etməklə bizi qorxuda biləcəyinizi düşünürsünüz, hə?”, deyə keçmiş deputat bildirib.

A.Axoyan, hər kəsi ayağa qalxmağa çağırıb və Ermənistanın ikinci və üçüncü prezidentlərinə hərəkata rəhbərlik etməyi təklif edib, çünki yalnız onların mübarizə aparmaq üçün resursları var. 

O, Zəngəzur ermənilərinə çağırış edərək, onların yanında olduqlarını bildirib. Daha sonra isə Paşinyana qəribə replika atıb: "Sən xiyarın tarixini bilirsən, elə deyilmi, Nikol?"
 
Telman
XƏBƏRLƏR
BLOGLAR
X