Xəbər lenti

Əli Həsənov Rusiya-Azərbaycan münasibətlərindən danışdı
Siyasət 18:15 20.05.2013

Əli Həsənov Rusiya-Azərbaycan münasibətlərindən danışdı

İyunun 5-6-da Volqoqradda 5-ci Rusiya-Azərbaycan regionlararası əməkdaşlıq üzrə forum keçiriləcək.

Bunu Publika.Az-a açıqlamasında  Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Forumda özünün də iştirak edəcəyini vurğulayan PA-nın şöbə müdiri söyləyib ki, forumda Rusiya-Azərbaycan münasibətlərinin müxtəlif aspektlərinə dair müzakirələr aparılacaq.
Rusiya-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini də qiymətləndirən Ə.Həsənov deyib: "Hesab edirəm ki, hazırda Azərbaycan-Rusiya münasibətləri bütün səviyyələrdə normaldır və qarşılıqlı tərəfdaşlıq əhval-ruhiyyəsi mövcuddur. Həm Rusiya, həm də Azərbaycan tərəfi iki ölkə arasında münasibətlərin inkişafında maraqlıdır. Bu haqda mənim Həştərxanda keçirdiyim görüşlərdə də bəhs olunub. Bir neçə gün əvvəl burada Xəzər hövzəsi üzrə ölkələrin Rusiyadakı səfirlərinin toplantısı keçirilib. Həmin toplantı ilə bağlı mediada gedən məlumatlardan da aydın görmək olar ki, Rusiya Xəzər hövzəsi ölkələri arasında Azərbaycanla tərəfdaşlıq münasibətlərini davam etdirməkdə maraqlıdır. Biz də bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Bütün bunlar isə xalqlarımızın və dövlətlərimizin maraqlarına qarşılıqlı olaraq cavab verir. Bus istiqamətdə də bizim Rusiya ilə münasibətlərdə heç bir narazıçılıq yoxdur, vəziyyət çox normal gedir".

Qeyd edək ki, PA-nın şöbə müdiri Ə.Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edir. Bu gün Həştərxanda keçirilən tədbirdə Əli Həsənovla yanaşı, Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, bir qrup millət vəkilləri, Azərbaycan diasporunun nümayəndələri və Həştərxan ictimaiyyəti iştirak ediblər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->