Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Milli Şuranın toplantısında çıxış edib.
Qaynar.info-nun məlumatına görə, Ə.Kərimli çıxışı zamanı xalqı Milli Şuranın yaranması münasibətilə təbrik edib: "20 ildir dartışırıq, bu dartışmalara son qoymaq lazımdır. İndi həmin məqam yetişib. Milli Şura xalqın tələbi, sifarişi ilə yarandı. Bu xalq bizdən tələb etdi. Bizim müəyyən məsələlərdə üst-üstə düşməyən mövqelərimiz var, bunları müzakirəyə çıxarsaq vaxtımız gedəcək. Bir-birimizin əleyhinə açıqlamalar verməməliyik. Biz birləşdikdən sonra məğlub olmağa haqqımız yoxdur".
Qaynar.info
Şərhlər