Xəbər lenti

Əli Kərimlinin şikayəti təmin edilmədi
Ölkə 13:30 14.12.2018

Əli Kərimlinin şikayəti təmin edilmədi

AXCP sədri Əli Kərimlinin 2500 manat cərimə olunması barədə qərardan verdiyi apellyasiya şikayətinə baxılıb.

Qaynarinfo "qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin icraatında olan prosesdə qərar elan olunub. Qərara əsasən, Ə.Kərimlinin şikayəti təmin edilməyib, qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə.Kərimli noyabrın 17-də Şəhidlər Xiyabanına keçirilən yürüş zamanı polislə qarşıdurmaya görə tutulub, 2 gün Səbail RPİ-də saxlanıldıqdan sonra məhkəmə önünə çıxarılmışdı. Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə.Kərimli  İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci ("Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->