"And olsun Allaha, onu yalandan yazıblar. Həyat yoldaşım elə söz deməyib”.
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əlikram Bayramov həyat yoldaşının adından yayılan "Aylarla uşağı ilə maraqlanmırdı" fikirinə aydınlıq gətirərkən deyib.
Sənətçinin sözlərinə görə, həyat yoldaşının efirdəki çıxışı təhrif olunub:
"Nə utanmazdırlar, adam elə çörək qazanar? Ağıllarına nə gəlib, yazıblar. Yoldaşım deyib ki, "Əlikram gedirdi Rusiyaya, bir az qalıb gəlirdi. Əlikram evdə az olur, ora qaçır, bura qaçır” və s. Kişi çöldə olmalı deyil? Bunlar isə yazıb: "Əlikram uşaqlara baxmırdı”. Nə uşaqlar? Mənim bir uşağım var. Bu gün hansı kişi, yaxud da hansı kişinin arvadı övdə oturur? Hamı çörək dalınca gedir. Kişilərin yarısı Avropada, yarısı Rusiyada, yarısıda Türkiyədədir. Düzələn deyilik”.
Qeyd edək ki, müğənni Əlikram Bayramov xanımı ilə "Zaurla Günaydın" proqramında qonaq olub. İfaçının həyat yoldaşı onunla evləndiyi ilk vaxtlarda yaşadığı çətinliklərdən söz açıb:
"Bataqlıqdan özü çıxmaq istəyirdi. Hərdən onu qısqanırdım ki, sənətini bizdən çox istəyirsən. Bizim yanımızda olmur. Ata 15 gün, 1 ay uşağı ilə maraqlanmırdı. O vaxt əl telefonu da yox idi. Bilmirdim ölüb, ya qalıb. Çox çətin idi".
Bahar Rüstəmli
Şərhlər