phrase_var_qaynar. 16:04 13.09.2021

Əliyar Ağayevə növbəti təyinat

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
 
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Midtülland” (Danimarka) – "Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi məhz Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Oyunun var hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdur.
 
Görüş sentyabrın 16-da, Herninq şəhərində keçiriləcək.
 
Səbuhi Həsənov

Oxşar xəbərlər