Əlləri və ayaqları olmadan dünyaya gələn Şahzadə Randian ölümündən sonra buraxdığı sərvətlə hamını heyrətləndirib.
1871-ci ildə İngiltərədə ayaqsız doğulan Şahzadə Randian həyatının ilk illərində böyük çətinliklərlə üzləşib. Lakin ölümündən sonra uşaqlarına böyük bir sərvət buraxıb.
Bəs Randian buna necə nail olub?
Qaynarinfo onun hekayəsini təqdim edir:
O günlərdə özəl xəstəxanalarda və qocalar evlərində nadir tetra-amel sindromundan əziyyət çəkənlərin həyatını asanlaşdıran protezlər yox idi. Bu vəziyyətdə olan körpələr, ümumiyyətlə, ölü doğulur, çünki doğuş zamanı daxili orqanları zədə alırdı. Şahzadə Randian isə erkən doğulan uşaq kimi böyüyərək bütün çətinlikləri dəf etdi.
Əslən hind olan şahzadə valideynləri ilə birlikdə sağ qalmaq uğrunda mübarizə aparıb. Yaşamaq mübarizəsi zamanı, hər gün təraş, rəsm və yazı kimi gündəlik fəaliyyətləri də əhatə edən qabiliyyətlər kəşf edib.
Bu gün də mübahisə mövzusu olan Randian zoopark və sirklərdə çalışıb. Görünüşü digər insanlardan fərqli olduğu üçün sirklərdə sərgilənən Randian 1889-cu ildə minlərlə insanın istehza etdiyi bir insana çevrilib. Onu görmək üçün dünyanın hər yerindən insanlar gəlirdi.
Sirkdə ona "ilan adam", "insan qurdu", "insan tırtılları" və "canlı bədən” kimi adlar verilib. Rolun bir hissəsi olaraq, əlilliyini vurğulamaq və onu tırtıl kimi göstərmək üçün zolaqlı yun tulum geyinirmiş. Tamaşalar zamanı köməksiz siqaret çəkmək və təraş etmək kimi bacarıqlarını nümayiş etdirib.
Son dərəcə ağıllı və yüksək mədəniyyətə malik Şahzadə Randian hind, ingilis, fransız və alman dillərini bilib. Həm də hazırcavabdı, yumor hissi var idi və inanılmaz dərəcədə cazibədar idi, yəni qadınlarla münasibət qurmaqda heç bir problemi yox idi. Sonda Şahzadə Sara ilə evlənib və dörd övladı olub. Zəngin bir adam olaraq sirkdən təqaüdə çıxdıqdan sonra ailə Nyu Cerseydəki bir fermada çalışaraq sakit həyat sürüb.
Tod Brovninqin müasir dünyada böyük tənqidlərə səbəb ola biləcək "Freaks” sirk filmində rol alıb. O, film 1932-də çəkildikdən iki il sonra 63 yaşında infarktdan ölüb. Ölüm zamanı onun 1,1 milyon dollarlıq sərvəti olub.
Xəyal Abdullayev
Şərhlər