Xəbər lenti

Elman Rüstəmovla bağlı məsələ böyüyür - Kreditin silinməsi üçün...
Ekonomiks 14:55 11.07.2020

Elman Rüstəmovla bağlı məsələ böyüyür - Kreditin silinməsi üçün...

Dünən Mərkəzi Bankın sədri Elman Rüstəmovun dövlətə 1 milyarda yaxın borcu olduğu bildirilmişdi. Bu məbləği E.Rüstəmov "DekaBank”, "StandartBank”, "ZaminBank” və digər bağlanan, eləcə də hazırda fəaliyyətdə olan bir sıra banklardan şəxsi mənafeyi üçün aldığı qeyd edilmişdi. AMB-nın rəhbərinə həmin vəsaiti dövlətə qaytarmağa ilin sonuna kimi vaxt verildiyi qeyd edilmişdi.

Unikal.org-un bu gün əldə etdiyi digər məlumatda bildirilir ki, AMB-ın sədri Mərkəzi Bankın təlimatlarını pozaraq "StandartBank” və "DekoBank”  vasitəsilə xarici şirkətlərə, fiziki şəxslərə aşağı faizlə yüz milyonlarla uzun müddətli kreditlər verib. 

E.Rüstəmovun Bakıda şəriki olduğu MTK-lara da yeni binalar tikmək üçün böyük məbləğlərdə kreditlər verdiyi üzə çıxıb. Bütün kreditlər düşünülmüş şəkildə, 2015-ci olan devalvasiyadan öncə verilb.

Şəxsən Elman Rüstəmovun tapşırığı əsasında, ciddi qanun pozuntusu ilə verilən kreditlərin 70-80%-i Gürcüstan və Rusiyaya köçürülüb.

Bildirilir ki, baş bankir Avstriyada yeni çap olunan əskinazlarla da bağlı qanun pozuntularına yol verib və bu barədə də geniş məlumat veriləcək. 

Aldığımız informasiyaya görə, AMB sədrinin növbəti qurbanı "MuğanBank” olmalıdır. Belə ki, bankda AMB-ın Elman Rüstəmova yaxın olan şəxslərin adına aid  44 mln krediti var.  Baş bankirin bu kreditinin silinməsi üçün  "MuğanBank” da bağlanmış bankların taleyini yaşamalıdır.

Qeyd edək ki,  Elman Rüstəmovun əldə etdiyi çirkli pullarla Azərbaycanda, eləcə də digər ölkələrdə qurduğu  biznesləri, çoxsaylı əmlakları üzə çıxıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->