Elmar Məmmədyarov oğlunun toyunda belə oynadı (VİDEO)
Xəbər verdiyimiz kimi, avqustun 18-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun ABŞ-da toyu olub.
Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, Riyad Məmmədyarov və xanımı Aleks Zapallanın toyundan görüntülər əldə edib.
Görüntülərdə Elmar Məmmədyarovun ailə quran gənclərlə birlikdə müğənni Eyyub Yaqubovun "Azəri torpağı" adlı mahnısı sədaları altında rəqs etdiyi görünür.
Rəqs edənlər arasında millət vəkili Rauf Əliyev də olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər