2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açan Yunis Səfərov Xəzər Tv-yə açıqlama verib.
Qaynarinfo xəbər verir ki, videoda Yunis Səfərov törətdiyi cinayəti etiraf edir:
"İcra Hakimiyyətinin qarşısında baş vermiş hadisəni mən törətmişəm. Hal-hazırda saxlanılmışam, istintaq gedir. Hüquqlarım mənə izah olunub, vəkilimlə tanış olmuşam. Polis tərəfindən heç bir təzyiq və güc tətbiq olunmayıb".
Şərhlər