Ölkə 11:48 19.10.2021

Elnur Əşrəfoğlunun vəziyyəti pisləşdi (AÇIQLAMA)

Tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırlaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Manset.az-a onun həyat yoldaşı İlahə Şükürova məlumat verib.

"'Səhər əlaqə saxladılar və mənə bildirdilər ki, vəziyyəti daha da ağırlaşıb. Dualarınıza ehtiyacımız var."-deyə  İlahə Şükürova qeyd edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl EKMO cihazından ayrılan jurnalistə daxili qanaxmalar başlamışdı.