Xəbər lenti

Əməkdar artist jurnalisti başını kəsməklə hədələdi
Maqazin 17:00 08.06.2015

Əməkdar artist jurnalisti başını kəsməklə hədələdi

Əməkdar artist Nahidə Orucovanın evində məskunlaşan və yataq xəstəsi olan xalq artisti Nuriyyə Əhmədova həmkarının evini tərk etməsi ilə bağlı yayılan sözlərə elə aktrisanın özündən cavab gəlib. Nahidə Orucova milli.az-a bu xəbərin yalan olduğunu bildirib:

"Bu xəbər yalandır, şayiədir. Jurnalist zəng etdi məndən soruşdu ki, Nuriyyə xanım necədir? Dedim ki, Nuriyyə xanım yaxşıdır, amma evdə yoxdur. Səhhəti ilə əlaqədar olaraq tez-tez gəzməyə çıxır, havasını alır. Elə dünən bizdə idi, bu gün onu aparıb bacısının yanına qoydum. Axşam yenə də gətirib gələcəyəm. Çünki bizdə bina evidir, o isə xəstə adamdır, gəzib-dolanmalıdır. O, müvəqqəti gedib-gəlir, bunu şişirdib, saytlarda şokedici xəbərlər yazmaq lazım deyil. Mən Nuriyyə xanımı evimdən çıxarmamışam, vaxtım olsa da, olmasa da, böyük məmnuniyyətlə, ona hər zaman baxmağa hazıram.

İnanın Nuriyyə xanım bu xəbəri özü də oxuyub, mənə zəng edib soruşur ki, Nahidə, bunu sən demisən? Mənim özümə də elə səhərdən zənglər gəlir. Nuriyyə xanım mənə dedi ki, bundan sonra heç bir jurnalist zəng edib, məndən açıqlama almasın. Heç bir jurnalistə bir kəlmə də olsun açıqlama verməyəcəyəm. Mən Nuriyyə xanımın xətrini çox istəyirəm, o, ömür boyu mənim evimdə qala bilər. Amma arzu edirəm ki, onun da evi olsun. Bu onun haqqıdır və inanıram ki, tezliklə ona ev veriləcək. O ki qaldı bu xəbəri yazan jurnalistə... O jurnalisti tapsam, başını kəsib, qucağına qoyacaqam".

Yayılan xəbəri Nuriyyə Əhmədova da milli.az-a açıqlamasında təkzib edib: "Siz jurnalistlərdən bir xahişim var. Məlumatı dəqiqləşdirib yazın. Çox xahiş edirəm. Nahidə ilə mən uzun illərdir rəfiqəyəm. Pis günümdə də, yaxşı günümdə də həmişə mənimlə birgə olub. Bu qədər haqsızlıq olmaz axı... Mən öz istəyimlə bacımgilə gedib-gəlirəm, o, məni evindən çıxarmayıb. Havamı dəyişmək üçün gedib-gəlirəm, amma mən onun evində qalıram. Həmişə yanımda olduğu üçün ona minnətdaram. Bundan sonra zəng edib söz soruşan jurnalistlərə heç bir açıqlama verməyəcəyəm. Xahiş edirəm sözlərimi olduğu kimi yazın".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->