Əməkdar artist: “Prezidentlə görüşdə olduğuma görə anamın ölümünü gizlətdilər”

Əməkdar artist: “Prezidentlə görüşdə olduğuma görə anamın ölümünü gizlətdilər”

"Anamın ölüm xəbərini məndən gözlətdilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, tanınmış tarzən Elnur Əhmədov anasının ölümündən danışarkən deyib. Onun sözlərinə görə, buna səbəb Zəngilanın zəfər günü ilə bağlı keçirilən tədbirdə iştirak etməsi olub:


"Anam oktyabrın 19-dan 20-nə keçən gecə dünyasını dəyişib. Oktyabrın 20-də Zəngilanın işğaldan azad olunması gün idi. Zəngilanın zəfər günü ilə bağlı Prezident İlham Əliyevin rayon ziyalıları və zəhmətkeşləri ilə bağlı görüşü keçirirdi. Mən də həmin tədbirdə iştirak edrdim. Evdə qərara gəliblər ki, xəbəri mənə deməsinlər. Deyiblər ki, tədbir başa çatmamış Elnura bu xəbəri demək olmaz, əhval-ruhiyyəsi pozulacaq. Tədbir başa çatdı. Qohumlardan biri həmin tədbirdə iştirak edirdi. Tədbirdən sonra qohumum dedi ki, təcili getməliyik, anan rəhmətə gedib. O anda nələr keçirdim, onu bir Allah bilir. Belə bir əziz gündə əzizinin, ananın ölüm xəbərini almaq dəhşətli şeydir. Tələsik evə qayıtdıq”.

Elnur Əhmədov anasının xəstə olduğunu dedi:

"Xəstə idi, amma ürəyi dözmədi”.

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X