Xəbər lenti

Baş həkimdən əməkdar artistin səhhəti ilə bağlı açıqlama (YENİLƏNİB)
Sənət 18:21 21.02.2020

Baş həkimdən əməkdar artistin səhhəti ilə bağlı açıqlama (YENİLƏNİB)

Əməkdar artist Rəhman Rəhmanov günorta saatlarında ailəsi tərəfində Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Bunu "Report”a açıqlamasında Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədov deyib.

Onun sözlərinə görə, əməkdar artistin qaraciyəri, ürəyi ilə bağlı problemləri var:

"Həmçinin şəkər xəstəliyindən də əziyyət çəkir. Vəziyyəti ciddi idi. Bizdə az müddət qaldı. Digər xəstəxanaya köçürüldüyünə görə diaqnoz qoya bilmədik. Yəqin ki, digər xəstəxanada tam diaqnoz qoyulacaq”.

Qeyd edək ki, yenicag.az-a açıqlama verən aktyor R.Rəhmanov vəziyyətinin ağır olduğunu bildirib. 
 
17:04

Əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanovun vəziyyəti ağırlaşıb.

Qaynarinfo-nun yenicag.az-a istinadən verdiyi məlumata görə, aktyor Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->