Xəbər lenti

Əməkdaşlarını işdən sonra işlədənlərin nəzərinə: Dəyişiklik olacaq
Ekonomiks 13:41 23.02.2019

Əməkdaşlarını işdən sonra işlədənlərin nəzərinə: Dəyişiklik olacaq

Müddətli əmək müqavilələrinin maksimal müddəti və iş vaxtından artıq vaxtda işə cəlb edilmə ilə bağlı Əmək Məcəlləsində dəyişikliklərin edilməsi istiqamətində hazırda işlər aparılır.

əmək və əhalinin sosial müdafiəsi nzirinin müavini Mətin Kərimlinin sözlərinə görə, Azərbaycanda əmək bazarı üzrə göstəricilərin yaxşılaşması üçün təkliflər hazırlanır və aidiyyəti qanunvericiliyin təkmilləşdirilməsi də diqqətdə saxlanılır.

Bu dəyişikliklərlə bağlı layihələr sosial tərəfdaşlarla da müzakirə olunacaq. Hazırda işçi qrupunun 2019-cu il üzrə Fəaliyyət Planı hazırlanır. Planda "Qlobal Rəqabətlilik Hesabatı”, "İqtisadi Azadlıq İndeksi”, eləcə də "Qlobal İnnovasiyalar İndeksi”ndə mövcud olan indikatorlar (işə götürmə və işdən çıxarma praktikası, işçi-işəgötürən münasibətlərində əməkdaşlıq, əmək bazarı siyasətinin təsirliliyi, işçi qüvvəsində qadınların iştirak səviyyəsi, əməyin azadlığı, biliyə əsaslanan məşğulluq və s.) əsasında aparılacaq işlər əksini tapacaq. (oxu.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->