phrase_var_qaynar. 14:17 31.10.2019

Emil Balayev "Tobol"dan gedir?

Millimizin qapıçısı Emil Balayevin klubu "Tobol" Qazaxıstan Preymer Liqasında 3 turdur uğursuzluq zolağına düşüb. Beləliklə, Emilin də 736 dəqiqəlik "quru" seriyası qırılıb. Belə ki, gənc qapıçı 3 oyuna 5 qol buraxıb. 

"Tobol"da nə baş verir, komandanın birdən-birə belə uğursuzluğa düşməsinin səbəbi nədir? Bu sualların cavabını tapmaq üçün Qazaxıstanın tanınmış idman yazarı Yerbol Kairov ilə danışdıq. 

"Tobol"un dünənki oyununu işləyirdim elə. O zərbə çox güclü idi, heç kim qaytara bilməzdi. Məncə, məsələ Balayevlə bağlı deyil. "Tobol"un ehtiyat oyunçular skamyası kəsaddır. Onlara heyətində daha çox təcrübəli futbolçu olan "Astana" və "Kayrat"la ayaqlaşmaq çətin olur. İndiki vəziyyətdə "Tobol"un yeri 3-4-cü yerlər arasıdır. Bir şeyi də unutmayaq ki, "Tobol"u çalışdıran Nurbol Jumaskaliyev keçən ilə qədər futbolçu idi. Onun məşqçilik təcrübəsi azdır. Emilə gəlincə isə, o işinin öhdəsindən pis şəkildə gəlmir", deyə Kairov "Tobol"un hazırki vəziyyətini Sport7.az-a şərh edərkən deyib. 

Tanınmış jurnalist komandanın bu ilki şanslarını isə belə dəyərləndirib: "Tobol" 3-cü sıradan yuxarı yüksələ bilməyəcək. Məsələn, qarşıdan "Astana" ilə oyun gəlir. "Tobol" üçün çox çətin olacaq. Komandanı gələn mövsümə hazırlamaq, veteranlarla vidalaşmaq, heyəti cavanlaşdırmaq lazımdır. Ola bilsin ki, "Tobol" qazaxıstanlı qapıçı ilə müqavilə bağlamağa hazırlaşır. Bu halda Emil üçün ən yaxşısı Avropaya getməkdir. Ki, özünü inkişaf elətdirsin. "Tobol"un heyətində Avropa və ya Çempionlar Liqasında çıxış etmək onun üçün çətin olar". 

Qeyd edək ki, "Tobol" hazırda 60 xalla 12 komanda 3-cü pillədə qərarlaşıb.

Röya Kərimli

Oxşar xəbərlər