Rusiyada yaşayan müğənni-bəstəkar Emin Ağalarov Muslüm Maqomayevin 75 illiinə həsr olunmuş konsertdə ağlayıb.
"Qaynarinfo” qafqazinfo-ya istinadən xəbər verir ki, Ağalarov səhnədə Sergey Volçkov, Aleksandr Panayotov və Tamara Qverdçiteli ilə birgə SSRİ xalq artistinin "Синяя вечность” mahnısını səsləndirib.
İfa zamanı Maqomayevin görüntüləri verilməyə başlayıb və zalda hər kəs ayağa qalxaraq məşhur müğənnini alqışla yad ediblər. Bu zaman Emin və T. Qverdçiteli göz yaşlarını saxlaya bilməyib.
Bundan başqa, konsertdə opera ifaçısının xanımı Tamara Sinyavskaya, azərbaycanlı biznesmen Araz Ağalarov da iştirak edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər