Video 11:24 24.06.2021

Emin Ağlarov İsmayıllıda klip çəkdirdi (VİDEO)

Xalq artisti Emin Ağlarov sevənlərinə yeni klip təqdim edib.

Qaynarinfo xəbər verir ki, sənətçi "Otpusti i leti" adlı mahnısını Azərbaycanın dilbər guşələrindən olan İsmayıllıda lentə aldırıb.

Bu haqda ifaçı şəxsi "Instagram” hesabında məlumat verib. Xalq artisti klipin İsmayıllıda çəkilməsinin şəxsi fikri olduğunu bildirib:

"İndiyə qədər belə bir klip çəkdirməmişdim. Ekran işinin çəkilişlərinə 3 gün vaxt sərf olunub. Klip əvvəl İsmayıllıda, daha sonra Xızıda lentə alınıb.

Çəkilişlər Azərbaycanda heç vaxt olmadığım yerlərdə çəkildiyinə görə çox xoşbəxtəm”.

Qeyd edək ki, klipin rejissorluğunu Katya Yak edib.