Xəbər lenti

Əmlak bazarında vəziyyət necədir? (ŞƏRH)
Ekonomiks 18:12 18.02.2025

Əmlak bazarında vəziyyət necədir? (ŞƏRH)

"Yaxın vaxtlarda tikinti bazarında qiymət artımı ilə bağlı deyilənlərin heç bir ciddi əsası yoxdur".

Bu barədə Qaynarinfo-ya əmlak eksperti Elnur Azadov deyib. 

Ekspert hazırda tikinti bazarında qiymətlərin stabil olduğunu xatırladıb:
 


"Əvvəlki illərlə müqayisədə qiymət artımında ajiotaj yoxdur. Orta illik qiymət artımı 5-10%-dir ki, onu da həm infliyasiyanı nəzərə alaraq, həm də iqtisadiyyatın vəziyyətinə görə stabil hesab etmək olaq. Ölkə üzrə qiymət bahalaşması regionlar üzrə 3-5%, Bakı şəhəri üzrə isə 5-10 % arasında seqmentdən asılı olaraq normaldır. Bəzi ərazilərdə çoğrafi tələb çox olduğuna görə, məsələn, Ağ Şəhər ərazisi istisna olmaqla Bakı şəhəri, Abşeron, Sumqayıt əraziləri üzrə orta qiymət artımı yaşayış fondu üçün əsas 5-10% arasında labüd hesab olunur". 

Elnur Azadov yalnız istisna ərazilərdə - Nardaran, Ləyiş, Ağ Şəhər və s. kimi ərazilərdə orta qiymət artımı 20-25, hətta bəzi ərazilərdə 30%-ə kimi qeydə alınıb:

"Bu həmin yerlərdə inkişaf və infrastrukturla əlaqədardır. Ləhiş ərazilərində torpaqların qiymətində artım qeydə alınıb. Torpaqların arasında qiymət artımı 30-40% arasında dəyişir".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->